Suriya ordusu Dəra şəhərində daha 3 qəsəbəyə nəzarəti ələ keçirdi
-
Suriya ordusu Dəra şəhərində daha 3 qəsəbəyə nəzarəti ələ keçirdi
Suriya qaynaqları bu ölkə ordusunun Dəra şəhərinə doğru irəliləməsindən və 3 yeni qəsəbəyə nəzarəti ələ keçirməsindən xəbər veriblər.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Suriya ordusu silahlı qruplaşmalar ilə əldə edilən anlaşmanın ardınca Dəra şəhərinin ətrafında yerləşən şərqi Kərək, qərbi və şərqi Qariyat qəsəbələrinə daxil olub.
Suriya ordusu bundan öncə də silahlı qruplarla barışığın əldə edilməsinin ardınca Dəra şəhərinin şimalında yerləşən Əbtə və Daəl məntəqələrinə daxil olmuşdu.
Suriya prezidenti Bəşşar Əsəd Dəra və Qüneytrə məntəqələrinin azad olunması üzrə böyük əməliyyatın başlanmasından öncə silahlı qruplara xəbərdarlıq edərək, təslim olmayacaqları təqdirdə, ordunun onları hədəfə alacağını bildirmişdi.
Suriya ordusu Dəra şəhərinin terrorçuların işğalından azad edilməsi əməliyyatına ötən həftənin çərşənbə axşamından başlayıb.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayə etdiyi terrorçuların geniş hücumunun ardınca başlanıb.