Əsrin sövdələşməsi planı sionist başçılar arasında ixtilafa səbəb olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315980-Əsrin_sövdələşməsi_planı_sionist_başçılar_arasında_ixtilafa_səbəb_olub
Amerikanın "Əsrin sövdələşməsi" layihəsi sionist rejimin baş naziri Benyamin Netanyahu və onun başçılıq etdiyi nazirlər kabinetinin üzvləri arasında ixtilaflara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2018 07:09 Asia/Baku
  • Əsrin sövdələşməsi planı sionist başçılar arasında ixtilafa səbəb olub
    Əsrin sövdələşməsi planı sionist başçılar arasında ixtilafa səbəb olub

Amerikanın "Əsrin sövdələşməsi" layihəsi sionist rejimin baş naziri Benyamin Netanyahu və onun başçılıq etdiyi nazirlər kabinetinin üzvləri arasında ixtilaflara səbəb olub.

Əsrin sövdələşməsi layihəsinə əsasən Qüds sionist rejimə verilir və fələstinli didərginlər öz yürdlarına qayıda bilməyəcəklər, Fələstin sadəcə İordan çayının qərb sahilinin qalan hissəsi və Qəzzə zolağına nəzarətə malik olacaq. 

Amerikan plana görə fələstinlilərin torpaqlarının işğalı qarşılığında onlara əhəmiyyətsiz dərəcədə imtiazlar veriləcək amma sionistlər bu barədə də nigarandırlar. 

Sionist Maariv qəzeti yazıb ki, Netanyahu və onun nazirləri fələstinlilərə azacıq imtiaz verilməsi barədə ixtilafa malikdirlər. 

Həmin qəzet bildirir ki, ixtilafa səbəb Qüdsün ətrafındakı qeyri-qanuni sionist qəsəbələrin boşaldılmasıdır.