Nablosda Qəzzəyə dəstək aksiyası
İordan çayının qərb sahilinin şimalında Nablos şəhərinin mərkəzində yüzlərlə fələstinli aksiya keçirərək Qəzzə zolağına qarşı blokadaya və daxili ixtilaflara son qoyulmasına çağırıb.
İSNA-nın verdiyi məlumata görə, yüzlərlə fələstinli dünən Nablosda aksiya keçirərək "işğalçılığa son", "rədd olsun əsrin sövdələşməsi" , " ümumi azadlıqları müdafiə", " ixtilaflara son" və " Qəzzənin cəzalandırılmasını dayandırın" kimi şüarlar səsləndiriblər.
Fələstinli aksiyaçılar Fələstin muxtariyyəti tərəfindən Qəzzəyə qarşı tətbiq edilmiş bütün cəzaların ləğv edilməsinə çağırıblar.
Fələstin muxtariyyəti təhlükəsizlik agentləri isə aksiyaçılara hücum edərək aksiyanı dağıdıblar.
Qəzzə zolağına cəza tədbirlərinin ləğv edilməsinə dair kampaniyanın rəhbərlərindən olan Xalid Mənsur bildirib ki, fələstinlilərin Nablosdakı aksiyası fələstinli qruplar arasında əldə olunmuş razılaşma çərçivəsində və tam dinc şəkildə keçirilib və səsləndirilən tələblər fələstinlilərin öz daxilində möhkəmlənmələri istiqamətində olub.