İŞİD-in Əfqanıstanda növbəti cinayəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315999-İŞİd_in_Əfqanıstanda_növbəti_cinayəti
İŞİD terrorçuları Əfqanıstanın şərqində Nəngərhar vilayətində bir məktəbin 3 gözətçisinin başını kəsiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2018 15:54 Asia/Baku
  • İŞİD-in Əfqanıstanda növbəti cinayəti
    İŞİD-in Əfqanıstanda növbəti cinayəti

İŞİD terrorçuları Əfqanıstanın şərqində Nəngərhar vilayətində bir məktəbin 3 gözətçisinin başını kəsiblər.

İRNA-nın verdiyi məlumata görə, Nəngərhar icra hakimiyyətinin mətbuat xidməti bir bəyanat yayaraq bildirib ki, terrorçu İŞİD üzvləri Xugiani rayonunda bir məktəbin 3 gözətçisinin başını kəsiblər və məktəbin kitabxanasını yandırıblar. 

Nəngərhar valisi təhlükəsizlik qüvvələrinə cinayətin səbəbkarlarını həbs etmək əmri verib. 

Terrorçu İŞİD qrupu Əfqanıstanda daha çox Nəngərhar vilayətində faaldır və indiyədək bu vilayətdə çoxlu cinayətlər törədib.