Abbas: Amerika Fələstin üçün həll yolu təqdim etmək səlahiyyətində deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316074-abbas_amerika_fələstin_üçün_həll_yolu_təqdim_etmək_səlahiyyətində_deyil
Fələstin Muxtariyyətinin başçısı Amerikanın "əsrin sövdələşməsi" adlı layihəsinin Vaşinqtonun Fələstin məsələsinin həllində beynəlxalq ictimaiyyətin birgə mövqeyindən kənar hərəkət etməsi anlamına gəldiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2018 07:33 Asia/Baku
  • Abbas: Amerika Fələstin üçün həll yolu təqdim etmək səlahiyyətində deyil
    Abbas: Amerika Fələstin üçün həll yolu təqdim etmək səlahiyyətində deyil

Fələstin Muxtariyyətinin başçısı Amerikanın "əsrin sövdələşməsi" adlı layihəsinin Vaşinqtonun Fələstin məsələsinin həllində beynəlxalq ictimaiyyətin birgə mövqeyindən kənar hərəkət etməsi anlamına gəldiyini deyib.

"Əsrin sövdələşməsi" adlı amerikan layihəyə görə, Qüds sionist rejimə verilir və fələstinli didərginlərin qayıdış haqqı olmayacaq, Fələstin sadəcə İordan çayının qərb sahilindən qalan hissə, eləcə də Qəzzə zolağına mülkiyyət haqqı əldə edəcək. Bu isə Fələstin torpaqlarının kiçicik bir hissəsi deməkdir. 

Fələstinin rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas dünən Amerikanın müstəqillik, azadlıq və öz hüquqları uğrunda mübarizə aparan xalqlara hörmətsizliklərinə toxunaraq deyib: Əsrin sövdələşməsi planı göstərdi ki, Amerika etika və siyasi cəhətdən Fələstin məsələsinin həlli üçün hansısa yol göstərmək səlahiyyətinə malik deyil. 

Mahmud Abbas Fələstin məsələsinin beynəlxalq sahədə sülh və təhlükəsizliyin təmin olunması üçün ən əsas start olduğunu bildirərək deyib: Fələstin öz siyasi gücü və beynəlxalq dəstək sayəsində bütün təcavüzkar planları məğlubiyyətə uğratmağa qadirdir.

Fələstin Muxtariyyətinin başçısı Fələstin amallarının haqq olmasının dünyada bütün azadlıq sevər insanların xüsusilə Afrikada Fələstinin müttəfiqlərinin  həmrəyliyinə səbəb olduğunu bildirərək deyib: Son 20 ildə fələstinli rəsmilər Fələstin xalqının qəsb olunmuş tarixi hüquqlarının bərpası istiqamətində heç bir səydən əsirgəməyiblər. 

Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Maliki də dünən Afrika Birliyinin 31-ci sammit iclasında Afrika Birliyini İsrail kimi rasist və təcavüzkar rejimlər ilə siyasi, diplomatik və iqtisadi əlaqələrinə yenidən baxmağa çağırıb.