Yaraqlılar Bəsri Əşşam şəhərinin Suriya ordusuna verilməsi ilə razılaşıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316080-yaraqlılar_bəsri_Əşşam_şəhərinin_suriya_ordusuna_verilməsi_ilə_razılaşıblar
Suriya qaynaqları bu ölkənin cənub-qərbində yerləşən yaraqlı qrupların Dəranın şərqində yerləşən Bəsri Əşşam şəhərinin orduya təhvil verilməsi ilə razılaşmalarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2018 08:45 Asia/Baku
  • Yaraqlılar Bəsri Əşşam şəhərinin Suriya ordusuna verilməsi ilə razılaşıblar
    Yaraqlılar Bəsri Əşşam şəhərinin Suriya ordusuna verilməsi ilə razılaşıblar

Suriya qaynaqları bu ölkənin cənub-qərbində yerləşən yaraqlı qrupların Dəranın şərqində yerləşən Bəsri Əşşam şəhərinin orduya təhvil verilməsi ilə razılaşmalarından xəbər verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, həmin qaynaqlar bildiriblər ki, silahlı qruplar Suriya hökuməti ilə barışıq prossesi və silahlarının təhvil verilməsi və Suriya ordusu qüvvələrinin bu şəhərə girişinə zəmin yaradılması ilə razılaşıblar. 

Öncə də Suriya ordusu silahlı qruplarla barışıq razılaşmasından sonra Dəranın şimalında bir neçə qəsəbəyə daxil olmuşdur. 

Sputnik isə dünən Suriyada Hmeymim hava bazasına naməlum PUA-ların hücumunun dəf edilməsindən xəbər verib. 

Bu məlumata görə, hücumçu PUA-lar Rusiyanın hava hücumundan müdafiə sistemi vasitəsi ilə məhv edilib və hadisə heç bir ziyan olmadan bitib. 

Başqa məlumata görə, Suriyadakı təkfirçi terrorçular Hələbin ətrafında şiə sakinli Nəbl və Əzzəhra qəsəbələrini raketlə hədəfə alıblar.

Hələbin digər bölgələri də terrorçuların raket hədəfində olub.