Ərəbistanın Yəməndə bir məktəbə hava hücumunda üç nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316200-Ərəbistanın_yəməndə_bir_məktəbə_hava_hücumunda_üç_nəfər_ölüb
Səudiyyə Ərəbistanının Yəmənin qərbində əl-Hüdəydə vilayətində bir məktəbə hava hücumunda üç sivil həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2018 04:44 Asia/Baku
  • Ərəbistanın Yəməndə bir məktəbə hava hücumunda üç nəfər ölüb
    Ərəbistanın Yəməndə bir məktəbə hava hücumunda üç nəfər ölüb

Səudiyyə Ərəbistanının Yəmənin qərbində əl-Hüdəydə vilayətində bir məktəbə hava hücumunda üç sivil həlak olub.

Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qırıcılar bazar ertəsi günü əl-Hüdəydə vilayətində Zübeyd və Ət-Tühəyta rayonlarında bir məktəb və bir restoranı atəşə tutublar. Nəticədə üç sivil həlak olub, üç nəfər də yaralanıb. 

Səudiyyəli təcavüzkar koalisiya qüvvələri ABŞ, İngiltərə və Fransanın dəstəyi ilə əl-Hüdəydə liman şəhərində sivillərin həyatının təhlükəyə düşməsi haqda beynəlxalq təşkilatların xəbərdarlıqlarına rəğmən 13 iyundan bu şəhərə hücuma başladılar. Lakin indiyədək bu şəhəri və ya limanı işğal edə bilməmiş və çoxlu itkilər almışlar.