Yəmən qüvvələri ölkənin şimal-şərqində səudiyyə koalisiyasının işğalındakı ərazilərə nəzarəti ələ keçiriblər
-
Yəmən qüvvələri ölkənin şimal-şərqində səudiyyə koalisiyasının işğalındakı ərazilərə nəzarəti ələ keçiriblər
Yəmən ordusu və xalq komitələri qüvvələri bazar ertəsi günü ölkənin şimal-şərqində əl-Couf vilayətinin Xub Əş-Şəəf və əl-Mutunda Səfər əl-Hənaya bölgələrini nəzarətə götürüb və səudiyyəli təcavüzkarlardan bir qrupunu öldürüblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin Ərəbistanın cənubunda Nəcranda əl-Xəzra keçidində səudiyyəli hərbçilərin mövqelərini ağır artilleriya ilə atəşə tutublar.
Qərb sahibi cəbhəsində də Yəmən qüvvələri əl-Hüdeydə vilayətinin His bölgəsi ətrafında muzdlular və təcavüzkarların mövqelərini atəşə tutublar. Bu əməliyyatda səudiyyəli təcavüzkarlar ağır itkilər veriblər.
Digər tərəfdən Yəmən Ənsarullahı Hərəkatının əsas üzvlərindən Məhəmməd əl-Büxəyti əl-Hüdəydə vilayətində əməliyyatın dayandırılmasına dair Birləşmiş Ərəb Əmirliklərinin iddiasına reaksiyada deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın elan etdiyi atəşkəs əsassızdır və məğlubiyyət üçün əsaslandırmadır. Çünki əl-Hüdəydə limanında qarşıdurmalar hələ də davam edir və təcavüzkar qırıcı təyyarələr bir sıra bölgələri bombalayırlar.