Səud koalisiyasının hücumları cavabsız qalmır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316224-səud_koalisiyasının_hücumları_cavabsız_qalmır
Əl-Hüdəydəyə hücumların dayandırılmasına dair Birləşmiş Ərəb Əmirliklərinin iddiasına rəğmən, Yəmənin Xarici İşlər Nazirliyinə bağlı bir dairə Ərəb Əmirliklərinin xarici işlər üzrə müşavir nazirinin iddiasını təkzib edib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü də qərb sahilində qarşıdurmaların davam etdiyini və Ərəb Əmirliklərinin iddiasının öz qüvvələrini gücləndirmək üçün sadəcə vaxt udmaq məqsədi güddüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2018 17:01 Asia/Baku
  • Səud koalisiyasının hücumları cavabsız qalmır
    Səud koalisiyasının hücumları cavabsız qalmır

Əl-Hüdəydəyə hücumların dayandırılmasına dair Birləşmiş Ərəb Əmirliklərinin iddiasına rəğmən, Yəmənin Xarici İşlər Nazirliyinə bağlı bir dairə Ərəb Əmirliklərinin xarici işlər üzrə müşavir nazirinin iddiasını təkzib edib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü də qərb sahilində qarşıdurmaların davam etdiyini və Ərəb Əmirliklərinin iddiasının öz qüvvələrini gücləndirmək üçün sadəcə vaxt udmaq məqsədi güddüyünü bildirib.

Eyni zamanda təcavüzkar qırıcı təyyarələrin əl-Hüdəydə vilayətinin Zubey şəhərində bir məktəb və bir məscidə hücumunda bir qrup Yəmən vətəndaşı şəhid olub və yaralanıb.

Yəmənli politoloq deyib: Təcavüzkarlar dəhşətli cinayətlər törədiblər. Quranlar olan məktəb və məscidi bombardman ediblər.

Başqa bir politoloqun sözlərinə görə, düşmənlərin məqsədi ağır hərbi, siyasi və media məğlubiyyətlərini gizlətməkdir.

Bəs görəsən Ərəb Əmirlikləri və Ərəbistan əl-Hüdəydə və Babul-Məndəbi nə üçün işğal etməyə çalışırlar? Xəritəyə baxmaqla əl-Hüdəydə və bu boğazın strateji əhəmiyyətli mövqeyini anlamaq olar. Ərəbistanın Yəmənə hərbi hücumundan bir neçə həftə öncə sionist rejimin baş naziri Yəmən inqilabçılarının Babul-Məndəbi ələ keçirməsindən nigaranlıq etmişdi. Təcavüzkarların əl-Hüdəydəyə hücumu və Babul-Məndəbi işğal etməsinin ilk məqsədi bu limanın ticarət fəaliyyətini dayandırmaq və Yəmən xalqını diz çökdürmək idi. İkinci məqsəd neft tankerlərinin müxtəlif ölkələr, o cümlədən İngiltərə istiqamətində keçidinə zəmanət verməkdir. Bu boğaz Ədən körfəzi və Hind okeanına birləşir. Şimalda Süveyş kanalı onu Aralıq dənizinə birləşdirir. Sionist rejiminin cənubunda yerləşən İlat limanı bir tərəfdən xam neftin idxal edildiyi məkan, digər tərəfdən isə İsrailin ən böyük turizm məkanıdır. Buna görə, Babul-Məndəbin təhlükəsizliyi regiondakı və regiondan kənar ölkələrin əksəriyyətini təsir altına alır.

Yəmənli rəsmi deyib: Adətən amerikalılar quru savaşlardan daha çox dəniz savaşı və qarşıdurmalarını bəyənirlər. Onlar Qırmızı dəniz, əl-Hüdəydə, Ədən, Süqətriyə nəzarəti olan Yəmənin sahillərinin böyük hissəsini öz işğalına götürməyə çalışırlar.

ABŞ, İngiltərə və Fransanın dəstəklərinə malik Ərəb Əmirlikləri və Ərəbistan təcavüzkarları hərtərəfli müharibəni başladaraq əl-Hüdəydə və Yəmənin qərb sahillərindəki planlarını reallaşdırmağa çalışdılar. Amma ordu və xalq komitələri qüvvələri işğal əməliyyatını elə ilk günlərdə məğlubiyyətlə üzləşdirməyə nail ola biliblər. Yəmən döyüşçüləri əl-Hüdəydədən kənarda döyüşə nəzarət edirlər. Hazırda təcavüzkarların çoxu Yəmən ordusunun mühasirəsindədir.

Hazırda BMT-nin elçisi təcavüzkarların son məğlubiyyətlərindən sonra onların öz qüvvələrini bərpa etməsi istiqamətində vaxt udmaq üçün bir daha Sənaya gəlib.