Suriya ordusu Kəhil qəsəbəsinə nəzarəti ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316370-suriya_ordusu_kəhil_qəsəbəsinə_nəzarəti_ələ_keçirib
Suriya ordusu və müqavimət qüvvələri Dəranın şərq və qərb istiqamətində yeni uğurlar əldə ediblər. Kəhil qəsəbəsinə nəzarətin təmin edilməsi ilə Təfəs şəhərinin mühasirə halqası bir az da daralıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2018 11:14 Asia/Baku
  • Suriya ordusu Kəhil qəsəbəsinə nəzarəti ələ keçirib
    Suriya ordusu Kəhil qəsəbəsinə nəzarəti ələ keçirib

Suriya ordusu və müqavimət qüvvələri Dəranın şərq və qərb istiqamətində yeni uğurlar əldə ediblər. Kəhil qəsəbəsinə nəzarətin təmin edilməsi ilə Təfəs şəhərinin mühasirə halqası bir az da daralıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusunun bir komandanı deyib: Ordu qüvvələrinin Kəhil qəsəbəsinə nəzarəti ələ keçirməsinin ardınca ordunun mühəndislik bölmələri dərhal ərazinin minalar və partlayıcı tələlərdən təmizlənməsinə başlayıblar.

Eyni zamanda Suriya qırıcıları və ağır artilleriyası ətraf kəndlərdə terrorçuların mövqelərinə zərbələr endiriblər.

Dəra valiliyi kənd və qəsəbələrin terrorçulardan təmizlənməsinin ardınca bildirib: Azad edilmiş kənd və qəsəbələrə 14 yük maşını ərzaq və dərman preparatları göndərilib.

Dİgər tərəfdən terrorçular Hələbdə minaatanlardan istifadə edərək, yaşayış məntəqələrini hədəfə alıblar. Nəticədə bir qrup mülki yaralanıb.

Röyters-in verdiyi məlumata görə, İŞİD-in başçısı Əbubəkr Bəğdadinin oğlu Hüzeyfə Əl-Bədri Homs İES-də terror aktı törətmək istəyərkən, suriyalı qüvvələr tərəfindən öldürülüb.