İyul 05, 2018 10:20 Asia/Baku
  • Ərəbistanın Cizanında səudiyyəli muzdlulara ağır zərbələr endirilib

Ərəbistanın cənubunda Cizan sərhəd bölgəsi yaxnılığında Hirz məntəqəsində Ərəbistan ordusunun bir qrup muzdlusu öldürülüb və ya yaralanıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Yəmənin hərbi rəsmisi bildirib: Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriyası Hirz bölgəsində Ərəbistan ordusunun muzdlularının mövqelərini atəşə tutub və onlara ağır zərbələr endirilib. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin əl-Bəyza vilayətinin Qaniyə cəbhəsində keçirdiyi birgə əməliyyatda Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyaya bağlı onlarla muzdlu öldürülüb və yaralanıb. 

Ərəbistanın rəsmi informasiya agentliyi VAS 26 nəfərin öldüyünü təsdiqləyib. 

Teqlər