Səudiyyə qırıcıları Sədə vilayətini irimiqyaslı şəkildə atəşə tutublar
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin şimalında Sədə vilayətinin 27 dəfə bombalayıblar.
Əl-Aləm televiziyasının əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, səudiyyəli qırıcı təyyarələri Sədə vilayətinin Razih sərhəd bölgəsinin rabitə və telekommunikasiya qurşağını yeddi dəfə bombalayıb və onu viran ediblər.
Səudiyyəli təcavüzkar qırıcı təyyarələri bu gün də Sədə vilayətinin Saqeyn rayonunda Cəbəl Bin Əric qəsəbəsini 11 dəfə, Heydan rayonunda Cəbəl Əş-Şərqəni beş dəfə, Cəbəl əl-Miftahı isə dörd dəfə bombalayıblar.
Bu arada məlumatlı bir hərbçi deyib: Yəmən ordusu və xalq komitələri qüvvələrinin Pilotsuz Uçan Aparatlar bölməsi cümə axşamı günü Ədəndə əl-Bəriqə bazasında səudiyyəli təcavüzkar koalisiyanın komandanlıq bazasını atəşə tutub.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücuma keçib, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.