Suriyanın şərqində partlayış nəticəsində 18 nəfər həyatını itirib
-
Suriyanın şərqində partlayış nəticəsində 18 nəfər həyatını itirib
Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətinin şərqində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində 18 nəfər həyatını itirib.
Diyrəzzur vilayətinin şərqində yerləşən Əlbəsirə qəsəbəsində baş vermiş bu partlayış nəticəsində Suriya kürd demokratik qüvvələrinin bir komandanı yeddi mülki daxil olmaqla on nəfərlə birlikdə öldürülübdür.
İndiyədək bir qrup və ya şəxs bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.
Vaşinqtondan geniş dəstək alan Suriya kürd demokratik qüvvələri 2017-ci ilin 17 oktybrında İŞİD-i Əlriqqə şəhərindən geri oturtduqdan sonra bu şəhəri tam nəzarətə alıblar.
Bu qrup ABŞ-ın və onun müttəfiqlərinin himayələri ilə Suriyanın şərqi və şimal-şərqində ekspansianist hərbi əməliyyatlar keçirməklə Əlriqqə və Diyrəzzur vilayətlərində işğal etdikləri məntəqələrin dairəsini genişləndiribdir.
Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və onun müttəfiqlərinin himayələri altında olan terror qruplarının geniş hücumları ilə 2011-ci ildə başlandı.