Təkfirçilər Qunəytrəyə hücumda uğursuz qalıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316679-təkfirçilər_qunəytrəyə_hücumda_uğursuz_qalıblar
Suriyanın ordu qüvvələri bir əməliyyatda Cibhətunnusrə-nin təkfirçi terrorçularının bu ölkənin cənubunda yerləşən Qunəytrə məntəqəsinin ətrafına daxil olmaq üzrə səylərini uğursuz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 09:59 Asia/Baku
  • Təkfirçilər Qunəytrəyə hücumda uğursuz qalıblar
    Təkfirçilər Qunəytrəyə hücumda uğursuz qalıblar

Suriyanın ordu qüvvələri bir əməliyyatda Cibhətunnusrə-nin təkfirçi terrorçularının bu ölkənin cənubunda yerləşən Qunəytrə məntəqəsinin ətrafına daxil olmaq üzrə səylərini uğursuz qoyublar.

Qunəytrə vilayətinin ətrafında Suriyanın ordu qüvvələri ilə Cibhətunnusrə terrorçuları arasında şiddətli döyüşlərin baş verməsinin ardınca təkfirçi terrorçulardan otuz nəfər öldürülüb və ya yaralanıbdır.

Belə bir halda, bəzi mənbələr bildiriblər ki, sionist rejim qırıcıları Qunəytrə vilayətinin ətrafında keçirdikləri bir əməliyyatda Cibhətunnusrə terrorçularına kömək ediblər.

Suriyalı müxaliflərin tabeliyində olan insan haqları gözətçisi təşkilatı da bildiribdir ki, Suriya ordusu İordaniya ilə sərhəddə yerləşən bir neçə məntəqəyə yiyələnərək, Dəra vilayətinin təqribən yetmiş faizini öz nəzarəti altına alıbdır.