İyul 07, 2018 20:50 Asia/Baku
  • Rusiya Suriyanın cənubunda terrorçularla atəşkəsi təsdiq edib
    Rusiya Suriyanın cənubunda terrorçularla atəşkəsi təsdiq edib

Rusiyanın müdafiə nazirliyi bildirib ki, Suriyanın cənubundakı Dəra vilayətində yerləşən terror qrupları atəşkəs razılaşmasını qəbul edib və öz silahlarını yerə qoycaqlarına söz veriblər.

Rusiyanın müdafiə nazirliyi bu gün bir bəyanat yayaraq bildirib ki, Suriyanın Dəra vilayətində yerləşən terror qruplarının başçıları ilə atəşkəs razılaşması əldə olunub.

Rusiya müdafiə nazirliyinin bəyanatında deyilir ki, bu razılaşma atəşkəsə və terrorçuların nəzarətində olan bütün qəsəbələrdə ağır və yarımağır silahların təhvil verilməsinə şamil olur.

Suriyanın Dəra vilayətində atəşkəsin icrası barədə terrorçularla Rusiya arasında müzakirələr ötən bir neçə gündə dəfələrlə pozulubdur.

Suriya ordusunun Dəra vilayətinin müxtəlif məntəqələrindəki irəliləyişləri sürətlə davam edir.

 

Teqlər