İyul 08, 2018 20:48 Asia/Baku
  • Səudiyyə qırıcıları Yəmənin cənub-qərbinə hücum edib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin cənub-qərbinə hücumunda azı 10 yəmənli həlak olub və ya yaralanıb

Yəmənin əl-Məsirə televiziyası bazar günü bildirib: Təiz vilayətində bir əkin sahəsinə edilən hücumda həlak olanların əksəriyyəti uşaqlardır.

Ötən həftə də səudiyyə qırıcıları Sədə vilayətində bir toy mərasiminə hücum etdilər. Nəticədə 11 nəfər həlak oldu, 11 nəfər də yaralandı. Bu hadisə qurbanlarının da əksəriyyəti uşaq və qadınlar idi.

Başqa bir məlumata görə, Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadiyə yaxın bir rəsmi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəsmilərinin Əbdrəbbə Mənsur Hadi ilə təhqiramiz davranışından xəbər verib və deyib: Mənsur Hadi Birləşmiş Ərəb Əmirliklərinin təzyiqi nəticəsində Yəmənin cənubunda Ədən vilayətini tərk edəcək.

Bu arada Yəmən müharibəsinin səudiyyə koalisiyasına ağır başa gəlməsi ilə, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanlığı ölkədə icbari xidmətin artdığını bildirib və əlavə edib: Birləşmiş Ərəb Əmirliklərində icbari hərbi xidmət 12 aydan 16 aya artacaq.

Birləşmiş Ərəb Əmirlikləri hərbi qüvvələri ötən üç ildə Yəmənin günahsız vətəndaşlarına qarşı müharibədə çoxlu tələfat vermişdir.

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarist hərəkətləri indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Teqlər