Sionist rejim qırıcısı Suriyanın T4 hərbi hava limanına hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316947-sionist_rejim_qırıcısı_suriyanın_t4_hərbi_hava_limanına_hücum_edib
Suriyanın Ələxbariyyə telekanalı sionist rejim ordusu qırıcısının Suriyanın Hums vilayətində yerləşən T4 hərbi hava limanına hücum etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 05:17 Asia/Baku
  • Sionist rejim qırıcısı Suriyanın T4 hərbi hava limanına hücum edib
    Sionist rejim qırıcısı Suriyanın T4 hərbi hava limanına hücum edib

Suriyanın Ələxbariyyə telekanalı sionist rejim ordusu qırıcısının Suriyanın Hums vilayətində yerləşən T4 hərbi hava limanına hücum etməsindən xəbər verib.

Ələxbariyyə telekanalı bildirib ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri bu hücuma cavab veriblər.

Bu məlumata görə, sionist rejim qırıcısının uğursuz hücumunda T4 hərbi hava limanının ətrafına dörd-altı raket atılıbdır ki, bu da yalnız məhdud maddi xəsarətlərə səbəb olubdur.

Suriya müdafiə nazirliyində bir məlumatlı hərbi mənbə də deyibdir ki, sionist rejim ordusunun Suriya ordusunun hərbi hava limanına qarşı hücumunda təcavüzkar düşmənin bir neçə raketi məhv edilib və bir qırıcı da Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıbdır.

Hədəfə alınmış qırıcının süqut etdiyi ehtimali məkan hələ məlum deyil, amma sionist rejim ordusunun digər qırıcıları Suriyadan qaçmağa məcbur olublar.

Bundan öncə, yəni 2018-ci il aprelin 9-da da T4 hərbi hava limanı sionist rejim ordusunun raket hücumuna məruz qalmışdı. Həmin hücumda bir qrup insan ölmüş və yaralanmışdı.