Fələstin telekanalının yayımı sionist rejim tərəfindən dayandırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317073-fələstin_telekanalının_yayımı_sionist_rejim_tərəfindən_dayandırılıb
Sionist rejim Fələstin xalqının hüquqlarının tapdalanmasını davam etdirərək dünən işğal olunmuş fələstində Fələstinin Qüds adlı telekanalının yayımına qadağa qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 04:11 Asia/Baku
  • Fələstin telekanalının yayımı sionist rejim tərəfindən dayandırılıb
    Fələstin telekanalının yayımı sionist rejim tərəfindən dayandırılıb

Sionist rejim Fələstin xalqının hüquqlarının tapdalanmasını davam etdirərək dünən işğal olunmuş fələstində Fələstinin Qüds adlı telekanalının yayımına qadağa qoyub.

Məa xəbər agentliyinin verdiyi məlumata görə, çıxarılan hökmə görə, Qüds telekanalı Qüdsdə və1948-ci ildə işğal olunmuş ərazilərdə veriliş yayımlamaq haqqına malik olmayacaq. 

Qüdsü işğal edən rejimin müharibə naziri Aviqdor Liberman bu telekanalın fəaliyyətinin təhlükəli olduğunu bildirərək deyib ki, bu qərar sionist rejimin daxili təhlükəsizlik təşkilatı ŞABAK və terrorizmə qarşı iqtisadi müharibə ofisinin tövsiyələrinə əsasən qəbul edilib. 

Qüds telekanalının rəhbəri İmad Əl-Əfrənci bu hərəkətə münasibət bildirərkən deyib: Qüds telekanalı sionistlərin Fələstin xalqının hüquqlarına qarşı hərəkətlərini ifşa edirdi və bu da sionist rejimi nigaran edib.