İkinci azadlıq gəmisi Qəzzədən yola duşub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317098-İkinci_azadlıq_gəmisi_qəzzədən_yola_duşub
Qəzzə zolağında qayıdış yürüşlərini təşkil edən ali şura bildirib ki, ikinci azadlıq gəmisi Qəzzə zolağından dünyanın başqa ölkələri məqsədi ilə səfərinə 11 sərnişin o sıradan bir neçə xəstə və tələbə ilə start verib. Onların quru yol vasitəsi ilə səfər imkanları yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 16:14 Asia/Baku
  • İkinci azadlıq gəmisi Qəzzədən yola duşub

Qəzzə zolağında qayıdış yürüşlərini təşkil edən ali şura bildirib ki, ikinci azadlıq gəmisi Qəzzə zolağından dünyanın başqa ölkələri məqsədi ilə səfərinə 11 sərnişin o sıradan bir neçə xəstə və tələbə ilə start verib. Onların quru yol vasitəsi ilə səfər imkanları yoxdur.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qayıdış yürüşləri şurası bu səfərdə məqsədin Qəzzə zolağına qarşı blokadanın 12 ildir davam etdiyini xatırlatmaq və sionist rejimin bu bölgədən geri çəkilmiş olmasına dair iddiaları yalanlamaqan ibarət olduğunu deyib. 

Bu şura bu gəmiyə qarşı hərhansı hücumun və onun sərnişinlərinin səhhətinə qarşı hər bir hərəkətin məsuliyyətinin sionist rejimin üzərinə düşəcəyini vurğulayıb. 

İlk azadlıq gəmisi cari miladi ili may ayının 29-da Qəzzənin mühasirəsinin sındırılmasına təkid məqsədi ilə kiprə doğru həyata keçdi. O gəminin sərnişinləri qayıdış yürüşünün yaralıları və bir neçə tələbədən ibarət idi.Həmin gəmi sionist rejimin 4 hərbi qayığı vasitəsi ilə mühasirəyə alındı və onun kapitanı həbs edildi.