İyul 11, 2018 09:14 Asia/Baku
  • Suriyanın bir məntəqəsində ABŞ istehsalı olan tanka qarşı raketlər aşkarlanıb
    Suriyanın bir məntəqəsində ABŞ istehsalı olan tanka qarşı raketlər aşkarlanıb

Suriyanın ordu qüvvələri bu ölkənin Dəra vilayətinin Qərəz məntəqəsində ABŞ istehsalı olan Tau tipli tanka qarşı raket sistemləri anbarının aşkarlanmasından xəbər verib.

Bu tanka qarşı raket sistemləri ilə yanaşı minomyot, müxtəlif kalibrli top mərmiləri, əldəqayırma partlayıcı vasitələr, həmçinin Qərb ölkələrinin istehsalı olan digər təchizatlar son zamanlar Dəra vilayətinin Qərəz məntəqəsində azad edilmiş qəsəbələrdə aşkar edilibdir.

Ötən həftə də media mənbələri ABŞ, Qərb ölkələri və sionist rejim istehsalı olan çoxlu miqdarda raket və silahın Dəra ətrafında tapılmasından xəbər verdilər.

Sionist rejim, Amerika və regiondakı bəzi ərəb ölkələri 2011-ci ildən terror qruplarına dəstək verərək, Suriyada böhran və çaxnaşmalar törədiblər.

Belə bir halda, suriyalı mənbələr Dəranın şimalında yerləşən Səməlin, Kəfər Şəms, Kəfər Nasəc və Əqrəba məntəqələrində, həmçinin bu vilayətin ən cənub məntəqəsi olan Əlmətiyyə qəsəbəsində Suriya dövləti ilə silahlı qruplar arasında razılaşmadan xəbər veriblər.

Dəra vilayətindəki silahlı qrupların əksər hissəsi dövlət qüvvələrinə qatılıbdır.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlandı. Suriya ordusu və xalqının rəşadəti ilə düşmənlərin planları məğlubiyyətə uğramışdır.

 

Teqlər