Səudlar və BƏƏ-lilər dünyada ən çox VPN işlədən on ölkə sırasındadırlar
-
Səudlar və BƏƏ-lilər dünyada ən çox VPN işlədən on ölkə sırasındadırlar
Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları bağlanmış saytlara daxil olmaq və saytlardan naməlum şəkildə istifadə etmək üçün VPN xidmətindən istifadə edən on ölkənin vətəndaşları sırasında dururlar.
VPN "Virtual Private Network" ifadəsinin kiçildilmiş formasıdır və "özəl virtual şəbəkə" deməkdir. Bu vasitə istifadəçini internetin izdihamlı və təhlükəli mühitinə birbaşa daxil etmək yerinə, yalnız özünə məhdud olan özəl bir şəbəkəyə qoşur.
"GlobalWebIndex" tərəfindən dünyada VPN-dən istifadə sahəsində aparılmış araşdırmaya əsasən, məlum olubdur ki, istifadəçilərin 29 faizi səudiyyəli, 25 faizi isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır.
Bu araşdırma göstərdi ki, qadağan olunmuş əyləncələr toplusuna çıxmaq Misir, Birləşmiş Ərəb Əmirlikləri, Ərəbistan və Türkiyədə VPN istifadəçilərinin əsas məqsədidir. İndoneziya və Hindistan da VPN-dən maksimum istifadə edən on ölkənin önündə gedirlər. Onların bu sahədəki göstəriciləri 38 faizdir.
VPN-dən istifadə üzrə regional araşdırmalar göstərir ki, Asiya və Okeaniya regionu necə deyərlər, bu yarışmada otuz faizlə ikincidir. Latın Amerikası 23, Yaxın Şərq və Şimali Afrika 19, Avropa və Şimali Amerika da 17 faiz göstərici ilə müvafiq olaraq, VPN-dən istifadə üzrə sonrakı yerlərdə dururlar.