Suriya ordusu Təfs şəhərciyini azad edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317336-suriya_ordusu_təfs_şəhərciyini_azad_edib
Suriya ordusu və silahlı qüvvələri öz irəliləyişlərinin davamında Dəra vilayətinin Təfs şəhərciyini azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2018 13:24 Asia/Baku
  • Suriya ordusu Təfs şəhərciyini azad edib

Suriya ordusu və silahlı qüvvələri öz irəliləyişlərinin davamında Dəra vilayətinin Təfs şəhərciyini azad ediblər.

Əl-Əxbariyyə televiziyasının məlumatına görə, Dəra vilayətinin Təfs şəhərciyində silahlı qruplar milli barışıq prosesinə qoşulduqdan sonra Suriya ordusu qüvvələri bu ölkə bayrağını şəhərcikdə dövlət binalarına sancıblar. 

Dəranın qərbində yerləşən Təfs şəhərciyində silahlı qruplar Rusiyanın vasitəçiliyi ilə hökumətlə barışığı qəbul edib və başqa bölgələrdə İŞİD terror qruplaşması ilə mübarizənin aparılmasını istəyiblər. 

Suriya ordusu terror qruplaşmalarının nəzarətində olan Dəra vilayətinin mərkəzində eyni adlı şəhərin bir hissəsini öz nəzarətinə götürüb.