Sionist rejim Qəzzə zolağının şimalına hava hücumu edib
Sionist rejimin helikopterləri bu gün Qəzzə zolağının bəzi şimal bölgələrini atəşə tutublar.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, bu hücumlarda Qəzzə zolağının şimalında Cibalya şəhərində fələstinlilərin mənzillərinə doğru bir neçə ədəd raket atılıb.
Hücum nəticəsində ehtimal olunan tələfat və ya xəsarət haqda məlumat verilməyib.
Sionist rejim hərbçiləri demək olar ki, hər gün Fələstin ərazilərinə hücumlar təşkil edirlər.
Başqa bir məlumata görə, Qüds İslam Vəqfləri Təşkilatı bildirib: 170 sionist qəsəbə sakini bu gün İsrail rejimi polis məmurlarının dəstəyi ilə Babül-Müğaribə tərəfdən əl-Əqsa məscidinə daxil olub və bu müqəddəs məkana təcavüz edib.
Bu təcavüz sionist qrupların əl-Əqsa məscidinin ətrafında bir məbədin inşası üzrə çağırışından sonra baş verib.
Sionist mediaların bildirdiyinə görə, 2018-ci ilin əvvəlindən 22 mindən çox sionist qəsəbə sakini əl-Əqsa məscidinə təcavüz edib.