İŞİD-in əsirliyində olan 3 min yezidinin taleyi naməlum olaraq qalır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317517-İŞİd_in_əsirliyində_olan_3_min_yezidinin_taleyi_naməlum_olaraq_qalır
Yezidi kürdlərinin azad edilməsi ofisinin rəisi İŞİD-in əsirliyində olan 3100 yezidi kürdün taleyi ilə bağlı hansısa məlumatın olmadığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2018 17:20 Asia/Baku
  • İŞİD-in əsirliyində olan 3 min yezidinin taleyi naməlum olaraq qalır
    İŞİD-in əsirliyində olan 3 min yezidinin taleyi naməlum olaraq qalır

Yezidi kürdlərinin azad edilməsi ofisinin rəisi İŞİD-in əsirliyində olan 3100 yezidi kürdün taleyi ilə bağlı hansısa məlumatın olmadığını deyib.

İRNA-nın məlumatına görə, Hüseyn Qaidi cümə günü deyib: İndiyə kimi İŞİD-in əsirliyində olan 3312 yezidi kürd azad edilsə də, hələ də 3100 yezidi kürdün taleyi naməlum olaraq qalır.

Hüseyn Qaidi əlavə edib: Bu insanların taleyinə aydınlıq gətirmək üçün İraq hökumətinin əməkdaşlığına ehtiyac var.

İŞİD terror qruplaşması 2014-cü ildə İraqın şimalında yerləşən Səncar şəhərini işğal etdiyi zaman minlərlə yezidi kürdü qətlə yetirmiş və çoxlu sayda qız və qadını əsir almışdı.