Ərəbistanın yüksək səviyyəli bir hərbi komandanı Yəməndə öldürülüb
-
Ərəbistanın yüksək səviyyəli bir hərbi komandanı Yəməndə öldürülüb
Yəmənli qüvvələr Ərəbistan ordusunun yüksək səviyyəli bir komandanını öldürüblər.
İRİB-nin verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın tabeliyində olan Xalid bin Vəlid hərbi hissəsinin komandanı Yəmənin qərb saillərində yanında olan 7 hərbçi ilə birlikdə öldürülüb.
Ərəbistanın başçılıq etdiyi təcavüzkarkoalisiya bu xəbəri təsdiq edərək, onun minaya düşərək, öldüyünü bildirib.
Yəmənin Müdafiə Nazirliyi isə Ərəbistanın cənubunda yerləşən Nəcran vilayətində Ərəbistanın milli qvardiyasının mövqelərinə bir ədəd ballistik raket zərbəsi endirildiyini bildirib.
Ərəbistan ABŞ, BƏƏ və bir sıra digər ölkənin dəstəyi ilə 26 mart 2015-ci ildən Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb.
Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları indiyə kimi 14 min yəmənlinin ölməsi, on minlərlə insanın yaralanması və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.