Ərəbistan şahzadəsi: Ərəbistanda siyasi iflas pik həddə çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317603-Ərəbistan_şahzadəsi_Ərəbistanda_siyasi_iflas_pik_həddə_çatıb
Ərəbistanda hakim rejimi və ABŞ-ın siyasətlərini tənqid edən ruhaninin həbs olunmasının ardınca şahzadə Xalid Fərhan Ali Səud deyib: Ərəbistanda siyasi iflas pik həddə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 12:01 Asia/Baku
  • Ərəbistan şahzadəsi: Ərəbistanda siyasi iflas pik həddə çatıb
    Ərəbistan şahzadəsi: Ərəbistanda siyasi iflas pik həddə çatıb

Ərəbistanda hakim rejimi və ABŞ-ın siyasətlərini tənqid edən ruhaninin həbs olunmasının ardınca şahzadə Xalid Fərhan Ali Səud deyib: Ərəbistanda siyasi iflas pik həddə çatıb.

Ərəbistanın təhlükəsizlik qüvvələri cümə axşamı bu ölkə ruhanilərindən olan Səfər Əl-Həvalinin mənzilinə basqın ediblər. Səfər Əl-Həvaini oğlu ilə birlikdə həbs edən təhlükəsizlik qüvvələri onları naməlum məkana aparıbalr.

Əl-Həvali "Müsəlmanlar və Qərb Sivilizasiyası" adlı kitabının nəşr olunmasının ardınca saxlanılıb. Bu ərəbistanlı ruhani öz kitabında Ərəbistanın ABŞ hökumətinin mənafeyini təmin etmək üçün mənasız pul xərcləmələrini və ABŞ prezidenti Donald Trampın bu ölkəyə olan səfəri zamanı ona milyardlarla dollar pul verməsini tənqid edib.

Ötən bir ildə xüsusilə Məhəmməd Bin Salmanın Ərəbistan vəliəhdi təyin edilməsindən sonra Ərəbistanın onlarla tanınmış iş adamı, ruhanisi, şahzadəsi və din alimi həbs edilib.