Kabildə güclü partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317619-kabildə_güclü_partlayış
Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 17:07 Asia/Baku
  • Kabildə güclü partlayış
    Kabildə güclü partlayış

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib.

İRNA-nın məlumatına görə, Kabil polisi partlayışın Kəndlərin İnkişafı Nazirliyinin binası yaxınlığında baş verdiyini bildirib. 

Polisin yaydığı məlumatda partlayış nəticəsində ölən və yaralananların sayına işarə olunmayıb. 

Amma, Əfqanıstanın Kəndlərin İnkişafı Nazirliyinin sözçüsü Firudin Ajandın dediyinə görə, partlayış nəticəsində nazirliyin 4 əməkdaşı həlak olub, daha 4 nəfər isə yaralanıb. 

İndiyə kimi bu partlayışın məsuliyyətini hansısa qrup öz üzərinə götürməyib.