Suriyanın "SƏMA" informasia kanalının müxbiri şəhid edilib
İyul 17, 2018 15:25 Asia/Baku
Suriyanın "SƏMA" peyk kanalının müxbiri Mustafa Səlamə ordu qüvvələrinin Qüneytərə vilayətində terrorçulara qarşı əməliyyatı ilə bağlı reportaj hazırlayarkən şəhid olub.
İRNA-nın verdiyi məlumata görə, Mustafa Səlamə Məshərə qəsəbəsində terrorçuların minaatanlarla hücumu zamanı şəhid olub.
Suriyanın informasiya naziri İmad Sarə bu cinayət hadisəsini qınayaraq, deyib: Terrorçular öz cinayətlərinin ifşa edilməsinə mane olmaq üçün bu sahədə fəaliyyət göstərənləri terror edirlər və Səma kanalının müxbiri də məhz bu məqsədlə terror edilib.