Ərəbistanın Əl-Hudəydə şəhərinə olan hücumunda 7 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317736-Ərəbistanın_Əl_hudəydə_şəhərinə_olan_hücumunda_7_nəfər_həlak_olub
Ərəbistan qırıcıları bu gün Yəmənin Əl-Hudəydə liman şəhərinə raket zərbələri endiriblər. Nəticədə 7 mülki həlak olub, 5 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2018 15:31 Asia/Baku
  • Ərəbistanın Əl-Hudəydə şəhərinə olan hücumunda 7 nəfər həlak olub

Ərəbistan qırıcıları bu gün Yəmənin Əl-Hudəydə liman şəhərinə raket zərbələri endiriblər. Nəticədə 7 mülki həlak olub, 5 nəfər isə yaralanıb.

Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin Əl-Hudəydə vilayətində yerləşən Zübeydə qəsəbəsində bir mənzili hədəfə aldığını və bu hücumda 6 nəfərin həyatını itirdiyini bildirib.

Həmçinin, Ərəbistan qırıcıları Əl-Hudəydə vilayətinin Cərahi qəsəbəsini hədəfə alıblar. Nəticədə bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Ərəbistanın Yəmənin Əl-Hudəydə şəhərinə olan hücumları davam edir. Baxmayaraq ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə müşavir naziri Ənvər Qaraqaş bundan öncə Yəmənin Əl-Hudəydə vilayətinə qarşı hücumların dayandırıldığını elan etmişdi.

Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyası ABŞ, Britaniya və Fransanın dəstəyi ilə 13 iyun tarixində Yəmənin Əl-Hudəydə liman şəhərini işğal etmək məqsədi ilə bu şəhərə qarşı geniş hərbi əməliyyatlara başlasa da, yəmənlilərin ciddi müqaviməti ilə bu əməliyyat uğursuz alınıb.