İyul 18, 2018 08:52 Asia/Baku
  • Əl-İbadi etirazçıları, təxribatçılara qarşı əməkdaşlığa çağırıb
    Əl-İbadi etirazçıları, təxribatçılara qarşı əməkdaşlığa çağırıb

İraqın baş naziri ölkəsində təhlükəsizliyin xalqın fədakarlığının nəticəsi olduğunu bildirərək etirazçıları ümumi təhlükəsizliyi pozanların müəyyənləşdirilməsində əməkdaşlıq etməyə çağırıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi dünən axşam özünün həftəlik brifinqində etiraz aksiyalarında iştirak edənləri ölkənin təhlükəsizliyinə xələl gətirilməsinə imkan verməməyə çağıraraq deyib: İraq dövləti etirazçıların  qanuni hüquqlarının reallaşması üçün onların kənarında durub, amma bu aksiyaların qarşıdurmaya gətirib çıxarmamasından asılıdır. 

İraqın baş naziri deyib: Hökumət etirazçıların tələblərinin təmini üçün tam ciddidir və hazırkı şəraitdə bəzi tələblərin reallaşması üçün müəyyən tövsiyələr də verib. 

İraqın cənub və mərkəzi vilayətləri bir həftədir ki, gənclərin işsizliyi və kommunal xidmətlərin bərbad vəziyyətinə qarşı xalq etirazlarının şahididir. 

İraqın Səhiyyə Nazirliyi dünən bildirib ki, bu müddət ərzində gedən etiraz aksiyalarında 8 nəfər həlak olub, 56 nəfər də yaralanıb. 

İraq parlamentinin sabiq üzvü Casim Məhəmməd Cəfər aksiya zamanı iğtişaşların baş verməsi və ümumi əmlaka ziyan yetirilməsi barədə demişdi ki, Səudiyyə Ərəbistanının kəşfiyyat aparatı və buraxılmış Bəs Partiyası ünsürlərinin ABŞ-ın yaşıl çırağı ilə İraqın cənubunda xalq etirazlarını öz istiqamətindən yayındırmaq cəhdləri açıqı-aşkar müşahidə olunmaqdadır. 

Teqlər