Ənsarullah yəmənlilərin Əl-Hədidədən çıxmasını rədd edib
Yəmən Ənsarullahının baş katibi yəmənlilərin Əl-Hədidədən çıxmasına dair tələbin məntiqsiz olduğunu bildirib və deyib: Ənsarullah Hərəkatı bu limanda Birləşmiş Millətlər Təşkilatının rol oynaması ilə sadəcə əraziyə qarşı Səudiyyə və BƏƏ əməliyyatlarının dayandırılacağı təqdirdə razılaşacaq.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əbdül-Məlik Bədrəddin Əl-Həusi Fransa da çıxan Lu Figaro qəzetinə verdiyi açıqlamada deyib: Yəmənin təcavüzkarların hücumlarının dayandırılması qarşılığında Əl-Hədidə limanına nəzarət üçün BMT-nin rolu ilə razılaşması BMT-nin xüsusi nümayəndəsi Martin Qrifin diqqətinə çatdırılıb.
Təcavüzkar Səudiyyə koalisiyası Amerika, Britaniya və Fransanın dəstəyi ilə 13 iyuldan Əl-Hədidə liman şəhərinə qarşı hücumlara başlayıb.
Ənsarullahın baş katibi Səudiyyə koalisiyasının inqilabçıların Əl-Hədidəni tərk edərək limanı BƏƏ-yə verməsinə darir tələbi barədə deyib: Əl-Hədidə yəmənlilərə aiddir və belə bir tələb beynəlxalq konvensiyalara ziddir.
Əl-Həusi həmçinin Fransanın Yəmən müharibəsindəki rolu və Səudiyyə Ərəbistanını silahlandırmasına toxunaraq deyib: Bir çox qərb ölkələri müharibələrə öz iqtisadi mənafeləri prizmasından baxır və insan haqlarını qurban verirlər.
Səudiyyə Ərəbistanı Amerika və bir neçə qərb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə bu ölkəyə hücum edib amma indiyədək Yəmənə qarşı mühasirədən və hava hücumlarından heç bir nəticə əldə etməyib.
Səudiyyənin və onun müttəfiqlərinin Yəmənə qarşı müharibəsi on minlərlə insanın ölümü və yaralanması ilə nəticələnib.