Suriya ordusunun qələbələri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317780-suriya_ordusunun_qələbələri_davam_edir
Suriya hərbçiləri ölkənin cənubunda Qonəytərə şəhərinin Məshərə kəndində terrorçularla şiddətli toqquşmalardan sonra kəndə baxan təpəni nəzarətə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2018 08:27 Asia/Baku
  • Suriya ordusunun qələbələri davam edir
    Suriya ordusunun qələbələri davam edir

Suriya hərbçiləri ölkənin cənubunda Qonəytərə şəhərinin Məshərə kəndində terrorçularla şiddətli toqquşmalardan sonra kəndə baxan təpəni nəzarətə alıblar.

İRİB-in verdiyi məlumata görə, bu əməliyyatda bir neçə terrorçu ölüb və yaralanıb. 

Suriya ordusu ölkənin cənub ərazilərinə nəzarəti təmin etmək üçün 15 iyundan milli barışıq prossesi ilə eyni zamanda hərbi əməliyyatlara başlayıb. 

Başqa məlumata görə, İdlibin ətrafında Fuə və Kəfəriya sakinlərinin çıxarılmasına dair razılaşmanın ardınca mühasirədə olan bu iki qəsəbə sakinlərinin Suriya ordusunun nəzarətində olan ərazilərə köçürülməsi üçün bölgəyə 58 avtobus daxil olub.

Dünən gecə yaraqlılara aid olan Suriyanın insan haqları gözətçiləri qurumu sözü gedən iki qəsəbənin sakinlərinin yaraqlı məhbusların azadlığa buraxılması qarşılığında təhlükəsiz ərazilərə köçürülməsi barədə razılığın əldə olunmasından xəbər vermişdi. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onların müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə Suriyaya geniş hücumu ilə başlandı və Suriya ordusu və xalqının canfəşanlıqları nəticəsində nakam qaldı.