Qüdsün müftisi əl-Əqsa məscidinin hazırkı vəziyyəti haqda xəbərdarlıq etdi
İyul 19, 2018 09:19 Asia/Baku
Əl-Əqsa məscidi hər gün "İsrail" hərbçilərinin dəstəyi ilə sionist qəsəbə sakinlərinin basqınına məruz qalır.
Əl-Aləm televiziyasının məlumatına görə, Qüdsün müftii Şeyx Məhəmməd Hüseyn çərşənbə günü əl-Əqsa məscidinin vəziyyətinin təhlükəli olması, ona basqınların edilməsi, məscidin qərbində sionistlərin qazıntılar aparması, qazıntılar nəticəsində əl-Əqsa məscidi içərisində islam binalarının məhv edilməsi haqda xəbərdalrıq edib.
Şeyx Məhəmməd Hüseyn islam ümmətinin bütün böyüklərindən müsəlmanların bu müqəddəs məkanının qorunması üçün addım atmalarını istəyib.
Bu arada 150-dən çox sionist qəsəbə sakini çərşənbə günü əl-Əqsa məscidinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.