İyul 20, 2018 12:19 Asia/Baku
  • 900 girov terrorçulardan azad edildi; Fuə-Kəfərya sakinlərinin nəqli əməliyyatı başa çatdı
    900 girov terrorçulardan azad edildi; Fuə-Kəfərya sakinlərinin nəqli əməliyyatı başa çatdı

Terror qrupları təxribatçılıqla Fuə və Kəfəryanın 900 sakinini girov götürmüşdülər. Ötən gecə bu şəxslər azad olunub və Hələbə nəql olunublar.

Suriya hökumətinin terrorçularla razılaşmasına əsasən, İdlib vilayətində şiə sakinli Fuə və Kəfərya qəsəbələri sakinləri ötən gündən 121 avtobusla bu qəsəbələrdən çıxarılıb və əl-Eys keçidi vasitəsi ilə Hələbin şərqində Cəbrin müvəqqəti mərkəzlərinə nəql olunublar. Fuə və Kəfərya sakinləri təxminən 7 min nəfər idi. 

Anlaşmanın icra prosesi ötən gecəyə qədər davam edib və 6 minə yaxın sakin üç mərhələdə İdlibdən Cəbrin müvəqqəti mərkəzinə nəql olunub. 

Terrorçular avtobusların çıxışının son mərhələsində 21 avtobusda 900-ə yaxın sakini girov götürüb və onların hərəkət etməsinə icazə verməyiblər. 

Kütləvi İnformasiya Vasitələri bildiriblər ki, bu şəxslərin girov götürülməsinin səbəbi terrorçular arasında ixtilafdır. 

Suriyanın rəsmi informasiya agentliyi SANA cümə günü bir məlumatda bildirib: Fuə və Kəfərya sakinlərini aparan son avtobuslar Cəbrin məntəqəsinə daxil olublar. 

Bu avtobusların çatması ilə Fuə və Kəfərya sakinlərinin nəqli əməliyyatı tam şəkildə sona çatıb. 

Ötən gün təxliyə əməliyyatı başlandıqdan 121 avtobus Hələbə daxil olub və təxminən 7 min nəfər nəql olunublar. Artıq bu qəsəbələrdə kimsə yoxdur. 

Bu şəxslərin təxliyə olunması qarşılığında Suriya hkuməti də saxlanılan terrorçuların bir hissəsini İdlibə nəql olunmaq üçün azad edib. Lakin onların bir qrupu İdlibə getməklə razılaşmayıb və Suriya hökumətinin nəzarətində olan bölgələrdə qalmağa üstünlük veriblər. 

Teqlər