May 09, 2024 15:20 Asia/Baku
  • Yəmən üç İsrail gəmisini hədəfə alıb

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejimin üç gəmisini vurduğunu açıqlayıb. Briqada generalı əməliyyataların Hind okeanı və Ədən körfəzində aparıldığını bildirib.

"Ədən körfəzində iki İsrail gəmisi "MSC DEGO" və "MSC GINA" bir neçə ballistik raket və PUA ilə hədəfə alınıb"-Yəmən silahlı qüvvələrinin sözçüsü qeyd edib.

Yəhya Sərinin açıqlamasına görə ordunun raket bölmələri Hind okeanında "MSC VITTORİA" gəmisini də hədəfə alıb.

Briqada generalı Yəmən silahlı qüvvələrinin Qəzzənin blokadası qaldırılana qədər işğal olunmuş Fələstin ərazilərində sionist rejim limanlarına gedən İsrail gəmilərinə mane olacağını və bu əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Yəmən ordusu son yeddi ayda Qəzzədə Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı dəniz və Babul-Məndəb boğazında sionist rejiminə məxsus gəmi və dəniz donanmaları əleyhinə hərbi əməliyyatlar aparır

 

Teqlər