May 11, 2024 13:45 Asia/Baku
  • Kənanidən Kanada parlament üzvlərinə tövsiyə

İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Kanada parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu elan etməyə dair layihəsini kəskin tərzdə pisləyib.

İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani  Kanada parlamentinin aşağı palatasının İranın rəsmi hərbi qüvvəsini terrorçu elan etməyə dair layihəsini İranın milli təhlükəsizliyi və suverenliyinə qarşı təcavüzün bariz nümunəsi,/ həmçinin dövlətlərin daxili işlərinə qarışmama və hakimiyyətlərin bərabərliyi də daxil olmaqla/ beynəlxalq hüququn qəbul edilmiş əsas və prinsiplərinə zidd,/ düşmən və ağılsız bir hərəkət adlandırıb və onu kəskin tərzdə pisləyibdir.

Kənani əlavə edib: Bu məsuliyyətsiz addım/ Kanada parlament üzvlərinin/ dəyərə və yerə malik olmayan bəzi qaragüruhlarla bir mövqedən çıxışetmə və sionist rejimin təsiri altında son on ildən çox bir müddətdə tutduqları yanlış istiqamətdə atılır.

Kənani Kanada parlamentinin üzvlərinə/ lazımi həqiqətlər və gerçəkliklərlə tanış olmaq üçün İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İrandakı yeri barədə mütaliə etməyi tövsiyə edib.

O, söyləyib: İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam Respublikasının əsas qanunundan qaynaqlanan,/ qanuni və rəsmi mahiyyətə malik olan/ və İranın böyük və qüdrətli xalqının vücudundan mənşə alan bir hakimiyyət orqanı olaraq,/ silahlı qüvvələrin digər orqanları ilə yanaşı,/ ölkənin sərhədləri və milli təhlükəsizliyini qorumaq və nəhs terrorizm fenomeni ilə mübarizə yolu ilə regionda davamlı sabitlik və təhlükəsizliyə yardım etmək məsuliyyəti daşıyır.

İranın diplomatiya aparatının sözçüsü vurğulayıb: Kanada parlamentinin cahillikdən və tədbirsizlikdən irəli gələn addımı/ İran xalqının vücudundan mənşə alan bu çox iftixarlı qüvvənin qüdrəti və gücündə heç bir təsir buraxmayacaq.

Eyni zamanda, İran İslam Respublikası/ İranın dövləti və xalqına qarşı və beynəlxalq hüquqa zidd olan bu kimi əməllər qarşısında qarşılıqlı və tələb olunan addımın atılması və cavabın verilməsi sahəsindəki hüququnu qoruyub saxlayır- deyə, Kənani bildirib.