Amerikalılar müxtəlif bəhanələrlə Əfqanıstanda sivilləri qətlə yetirirlər
-
Amerikalılar müxtəlif bəhanələrlə Əfqanıstanda sivilləri qətlə yetirirlər
Amerikalıların hava hücumunda Əfqanıstanda 20 nəfər həlak olub və yaralanıb. Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən, Əfqanıstanda 2018-ci ildən bəri amerikalıların hava hücumlarında 350-dən çox əfqan həlak olub və ya yaralanıb.
Amerikalıların Əfqanıstanda başqa bir cinayəti. Bu dəfə də Qunduz vilayəti və Şuğar dərə rayonu amerikalıların xəstəxanalar, məktəblər və kəndlilərin evlərinə hücumlarının kolleksiyasına əlavə olunub.
Qunduz Vilayət Şurasının üzvü Əmruddin deyib: Bu hücumda bir ailənin 20 üzvündən 14-ü həlak olub, 6 nəfər yaralanıb. Həlak olanların hamısı sivillər olublar.
Bu dəhşətli hücumda həlak olanların bir qrupu uşaq və qadınlar olublar.
Yaxınlarını itirən əfqan deyib: Bir ailədən 4 şəhidim var, bu həyatı neyləyirəm, bombalar kimi vurur?
Bu hücumlar elə bir halda baş verib ki, bir neçə gün öncə də Pektiya vilayətində bir neçə sivil vətəndaş amerikalı qüvvələrin bombardmanının qurbanı olub.
Ötən gün də Kabilin Vərdək meydanında bir məktəb hava hücumlarına məruz qalıb. Amerikalılar Talibanın mövqelərini atəşə tutduqlarını iddia edirlər. Amma
Əfqan siyasi ekspert deyib: Taliblər daha çox yaşayış massivlərindədirlər. Bu bombardmanlar sivillərin həlak olması ilə nəticələnə bilər. Bu da həlak olan sivillərin sayının artmasına gətirib çıxarır.
Başqa bir əfqan ekspert deyib: Vurduqları, bombaladıqları yer və məkanlarda daha çox sivillər həlak olurlar.