"Qayıdış haqqı" aksiyasının 17-ci cüməsində 4 şəhid, 120 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318018-qayıdış_haqqı_aksiyasının_17_ci_cüməsində_4_şəhid_120_yaralı
Fələstin səhiyyə nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" aksiyasının on yeddinci cüməsində fələstinlilərdən dördünün şəhid olması, 120-nin də yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 04:45 Asia/Baku
  • "Qayıdış haqqı" aksiyasının 17-ci cüməsində 4 şəhid, 120 yaralı

Fələstin səhiyyə nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" aksiyasının on yeddinci cüməsində fələstinlilərdən dördünün şəhid olması, 120-nin də yaralanmasından xəbər verib.

Fələstin səhiyyə nazirliyi qeyd edib ki, yaralılar arasında çoxlu sayda qadın və uşaq var.

Dinc "Qayıdış haqqı" aksiyası "yer günü" münasibətilə bu il martın otuzunda Qəzzə zolağında başlanıb və hələ də davam etməkdədir.

Martın otuzundan bəri bu aksiyada sionist hərbçilərin atəşləri nəticəsində 149 fələstinli şəhid olub, təqribən on altı min nəfər də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin "yer günü"nün ildönümündəki aksiyası sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərini müsadirə etmək barədəki qərarını xatırladır. Bu aksiya hər il keçirilir.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionist sakinli qəsəbələr salaraq, fələstinli məntəqələrin coğrafi strukturunu dəyişmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələrə öz hökmranlığını təsbit etmiş olsun.