İyul 21, 2018 11:17 Asia/Baku
  • Dünən İraq etirazlarında bir nəfər ölüb, 41 nəfər yaralanıb
    Dünən İraq etirazlarında bir nəfər ölüb, 41 nəfər yaralanıb

Dünən Bağdadda və İraqın bir neçə digər vilayətində baş verən etirazlar nəticəsində onlarla nəfər ölüb və yaralanıbdır.

İraqın səhiyyə nazirliyi bu gün səhər bildirib ki, dünən Bağdad, Ziqar və Qadisiyyə vilayətlərindəki etirazlarda azı bir nəfər ölüb, 41 nəfər də yaralanıbdır.

İraqın cənubi və mərkəzi vilayətləri ötən günlərdə iraqlı gənclərin işsizliyinə və xidmət sektorunun yarıtmaz vəziyyətinə qarşı ümumi etirazların şahidi olublar.

Xalq etirazlarının geniş miqyas almasının ardınca İraqın baş naziri Heydər Əlibadi yeddimaddəlik bir fərmanda İraq xalqının istək və problemlərinə təcili surətdə baxılmasına təkid edibdir.

Bu fərman ümumi xidmət sektoru barədə bir neçə qərara, o sıradan səhiyyə və müalicə xidmətlərinin təmini, elektrik şəbəkəsi problemlərinin aradan qaldırılması, təmizləmə və şirinləşdirmə vasitəsilə içməli suyun təmin edilməsi və 3,5 trilyon dinar pulun ayrılmasına şamil olur.

Bəzi İraq rəsmiləri hesab edirlər ki, Səudiyyə kəşfiyyat orqanı və buraxılmış bəəs partiyası ABŞ-ın yaşıl işığı ilə İraqın cənubi və mərkəzi vilayətlərindəki etirazların axarını yanlış istiqamətə yönləndirməyə can atırlar.

Teqlər