Riqqədə üç kütləvi qəbirdən yüzlərlə cəsəd çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318028-riqqədə_üç_kütləvi_qəbirdən_yüzlərlə_cəsəd_çıxarılıb
Suriyanın şimalında yerləşən Riqqə şəhərində bərpa komitəsinin məsul şəxsləri bu şəhərdəki üç kütləvi qəbirdən yüzlərlə cəsədin aşkar edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 07:45 Asia/Baku
  • Riqqədə üç kütləvi qəbirdən yüzlərlə cəsəd çıxarılıb
    Riqqədə üç kütləvi qəbirdən yüzlərlə cəsəd çıxarılıb

Suriyanın şimalında yerləşən Riqqə şəhərində bərpa komitəsinin məsul şəxsləri bu şəhərdəki üç kütləvi qəbirdən yüzlərlə cəsədin aşkar edilməsindən xəbər veriblər.

Suriyanın Riqqə şəhəri İŞİD terror qrupunun əsas bazası olub və bu ölkənin ordu qüvvələri tərəfindən azad edilibdir.

Riqqə şəhərində bərpa komitəsinin məsul şəxsləri bildiriblər ki, bu üç kütləvi qəbirdən azı 1236 cəsəd çıxarılıb. O, qeyd edib ki, bu şəhərdəki cəsədlərin bir qismi hələ də mənzillərin uçqunları altında qalıb və hələ bəzi məntəqələr müəyyən edilməyibdir.

Riqqədəki kütləvi qəbirlərdən cəsədlərin aşkar edilərək çıxarılması əməliyyatı bu il başlanıb və indiyədək onlarla kütləvi qəbir aşkar edilibdir.

Suriya ordusunun müharibə təbliğatı qərargahı xəbər veribdir ki, suriyalı qüvvələr Əlqunəytrə vilayətində beş kəndi azad ediblər.