Daha bir qrup terrorçu Suriya ordusuna təslim olub
-
Daha bir qrup terrorçu Suriya ordusuna təslim olub
Suriyanın cənubunda yerləşən Dəra vilayətinin ətrafındakı Əlməzirib və Əlyadudə qəsəbələrində yerləşən təkfirçi-terrorçu ünsürlərin daha bir qrupu bu ölkənin ordu qüvvələrinə təslim olubdur.
Bu terror ünsürlərinin təslim olmalarından sonra Suriya ordusu Dəra ətrafında terrorçulara aid çoxlu miqdarda silahı aşkar və müsadirə edibdir.
Suriyanın cənub silahlı qrupları ilə bu ölkə dövləti arasındakı razılaşmanın icra olunması ilə İŞİD-in işğalı altında olan Qunəytrə və Dəranın cənub-şərqi çıxılmaq şərti ilə bu silahlı qrupların nəzarəti altında olan məntəqələrin əksər hissəsi Suriya ordusunun nəzarəti altına keçibdir.
Suriya ordusu milli barışıq prosesi ilə bir zamanda bu ölkənin cənub məntəqəsinin geri alınması üçün iyunun on beşindən öz hərbi əməliyyatına başlayıbdır.
Digər tərəfdən, Mənbic hərbi şurasının tabeliyində olan bir mənbə bu şəhər sakinlərinin Türkiyənin hərəkətlərinin zərərlərindən amanda qalmaq məqsədilə Dəməşqin himayə çətiri altına qayıtmaq üzrə təmayülündən xəbər verib və belə deyib: Bu şura və demokratik hüquq idarəsi demokratik Suriya qüvvələrinin sonuncu hərbi məsləhətçilərinin çıxmalarından sonrakı ötən iki gündə şəhəri idarə edirlər.
Suriya demokratik qüvvələrinin tabeliyində olan Mənbic hərbi şurasının bir qrup üzvü bu şəhərin mərkəzindəki təhlükəsizlik məntəqəsi və Hələbdəki Teşrin su bəndinin idarəçiliyini təhvil vermək üçün bazar ertəsi günü Suriya dövlətinin nümayəndələri ilə danışıqlar aparıbdır.