On minlərlə səud muzduru ölüb və yaralanıb
-
On minlərlə səud muzduru ölüb və yaralanıb
Yəmənli mənbələr bildiriblər ki, ötən iki gündə yəmənli snayperlərin və yəmənli qüvvələrin pusqu əməliyyatında təcavüzkar səud koalisiyasının tabeliyində olan altmışdan çox muzdur ölüb və yaralanıbdır.
Yəmənli qüvvələr Ərəbistanın cənubundakı Cizan şəhərində səud muzdurlarının zirehli avtomobillərinin hərəkəti yolunda şose yolunun kənarında qoyulan bir neçə bombanın partlamasından sonra üç ardıcıl pusqu həyata keçiriblər ki, nəticədə avtomobillərin bütün sərnişinləri ölüb və ya yaralanıbdır.
Yəmənli qüvvələr həmçinin səud koalisiyası muzdurlarının Ərəbistanın cənubundakı Əsir məntəqəsində yerləşən bir neçə bazasında onların toplaşdıqları məkanı artilleriya hücumlarına məruz qoyublar. Nəticədə onlardan bir qrupu ölüb və yaralanıbdır.
Daxili cəbhələrdə də Yəmənin ordu və Ənsarullah qüvvələri səud muzdurlarının Yəmənin şimalındakı Əlcuf əyalətində yerləşən Əlməslub və Xəb və Əlşəəf məntəqələrində bir neçə bomba partladıblar ki, nəticədə onlarla nəfər, o cümlədən onların bir neçə hərbi komandiri məhv edilibdir.