ABŞ "Koalisiyası"nın Deyruz-Zura hücumunda bir qrup sivil həlak olub
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə beynəlxalq koalisiya" qırıcılarının Suriyanın Deyruz-Zur vilayətinin Əlbukamal şəhəri yaxınlığında Əs-Susə qəsəbəsinə hücumunda bir qrup həlak olub və yaralanıb.
İRNA-nın məlumatına görə, ötən günlər ərzində Əs-Susə qəsəbəsində vətəndaşların mənzilləri İŞİD terror qruplaşmasının mövqelərinə hücum bəhanəsi ilə bombardman edilib və nəticədə minlərlə ailə öz yaşadıqları ərazini tərk etməyə məcbur olub.
Əs-Susə qəsəbəsi ötən bazar ertəsi günü də ABŞ-ın başçılıq etdiyi "koalisiya"nın hücumlarına məruz qalmışdı.
ABŞ və müttəfiqləri 2014-cü ildən İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə BMT-nin çərçivəsindən kənar şəkildə və Suriya hökuməti ilə koordinasiya etmədən koalisiya təşkil ediblər. Bu koalisiya indiyədək İraq və Suriyada çoxlu sayda günahsız insanı qətlə yetirib.
Suriya dəfələrlə BMT və Təhlükəsizlik Şurasına məktublar ünvanlayaraq ABŞ-ın başçılıq etdiyi "koalisiya"nın qeyri-qanuni hücumlarını qınayıb.