Bəhreyn vətəndaşları Şeyx İsa Qasimə həmrəylik aksiyası keçirib
Bəhreyn vətəndaşları bir daha bu ölkənin mübariz ruhanisi Şeyx İsa Qasimə həmrəylik aksiyası keçiriblər.
Bəhreynın məşhur şiə lideri Şeyx İsa Qasim Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri tərəfindən yaşadığı evdə iki il mühasirədə qaldıqdan sonra, 9 iyulda müalicə olunmaq üçün Londona səfər etdi və dərhal müalicə olunmağa başladı.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif bölgələrinin sakinləri Şeyx İsa Qasimə dəstək üzrə Ali-Xəlifə rejimi və himayədarlarına qarşı şüarlar səsləndiriblər.
Bəhreynli etirazçılar bu ölkənin bütün siyasi məhbuslarının azad edilməsini vurğulayaraq qanuni tələblərinə çatana qədər ictimai hərəkatların davam etdirilməsini qeyd ediblər.
Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir.
Ali-Xəlifə rejimi bu ölkə vətəndaşlarını repressiya etmək üçün çoxlu sayda müxalifət liderini saxlayıb, onlara qarşı saxta ittihamlar irəli sürərək vətəndaşlığını ləğv və ya uzun müddətə azadlıqdan məhrum edib.