Suriya: "Ağ dəbilqəlilər"in əsil kimliyi bəlli oldu
-
Suriya: "Ağ dəbilqəlilər"in əsil kimliyi bəlli oldu
Suriya Xarici İşlər Nazirliyi yüzlərlə "ağ dəbilqəli" terror ünsürünün işğal olunmuş ərazilərə, oradan isə İordaniyaya nəql olunmasına reaksiyada bildirib: Bu məsələ bu tərəflərin həmin terrorçuları dəstəklədiyini göstərir.
Fars Xəbər Agentliyinin SANA-ya istinadla verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyinin bir rəsmisi bu gün bildirib: Suriya bundan öncə "ağ dəbilqəlilər"in bu ölkə və regionun təhlükəsizliyi üçün təhlükə olması haqda xəbərdarlıq etmişdi.
Suriyalı rəsmi deyib: İsrail yüzlərlə "ağ dəbilqəli" terror ünsürü və başqa terror qruplarının başçılarını qaçırmaqla Suriyadakı terror qruplarını dəstəklədiyini əks etdirdi.
Suriya XİN-in rəsmisi bundan sonra Suriyada kimyəvi silahdan istifadə haqda yalan iddiaların araşdırılmasına dair Kimyəvi Silahların Qadağası Təşkilatı və ya başqa beynəlxalq qurumlarla hər hansı iclas və ya müzakirəni qəbuledilməz adlandırıb və deyib: Onlar Suriyada "ağ dəbilqəlilər"in malik olduğu dəhşətli roldan təsir alan öz mövqelərinə yenidən baxmalıdırlar.
Suriya ordusunun terrorizmin işğalından azad etdiyi bölgələrdə kəşf olunan sənədlərin əksəriyyəti "ağ dəbilqəlilər"in terrorçuları dəstəklədiyini və Təhrirüş-Şam terror qrupunun suriyalı sivillərə qarşı kimyəvi silahlardan istifadə etmələrinə imkan yaratdığını göstərir.
Sionist rejim baş naziri Benyamin Netanyahu da "ağ dəbilqəlilər"in Suriyadan qaçırılması əməliyyatında bu rejimin iştirak etdiyini etiraf edib.