Netanyahu İrana qarşı cəfəngiyyatlarını təkrarlayıb
Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü işğal edilmiş Qüdsdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Netanyahu bu görüşdə İran İslam Respublikasını Suriyada silah istehsal etməkdə və bu ölkəyə silah köçürməkdə ittiham edib və Lavrovdan istəyibdir ki, Livan Hizbullahına silah köçürülməsinin qarşısını almaq məqsədilə Suriya ilə Livan arasındakı bütün sərhəd keçidləri nəzarət altına alınsın.
Sionist rejimin baş naziri həmçinin iddia edib ki, İran İslam Respublikası Suriyada hərbi bazalar yaratmağa çalışır. Netanyahu vurğulayıb ki, sionist rejim İranın Suriyada hərbi bazalar yerləşdirmək üzrə hər cür səyinə qarşı hərəkətlərini davam etdirəcək.
Netanyahunun bu iddiası elə bir halda irəli sürülübdür ki, Rusiya rəsmiləri dəfələrlə İranın Suriyadakı iştirakının məsləhətçilik olduğunu və bu ölkə dövlətinin xahişi ilə həyata keçdiyini bildiriblər.
Moskva daim vurğulayıbdır ki, Rusiya, İran və Livan Hizbullahı terrorizmə qarşı mübarizədə Suriyanın himayədarlarıdırlar.