Kabil politexnik universitetinin yaxınlığında partlayış baş verib
-
Kabil politexnik universitetinin yaxınlığında partlayış baş verib
Kabil politexnik universitetinin yaxınlığında güclü partlayış universitetin ətrafında yerləşən bir sıra yaşayış mənzilinin dağılmasına səbəb olub.
Partlayış bu gün beşinci təhlükəsizlik dairəsində və Kabil politexnik universitetinin yaxınlığında baş verib.
Hazırda partlayış nəticəsində baş vermiş tələfat və yaralıların sayı barədə bir xəbər yayılmayıb və bir şəxs və ya qrup onun məsuliyyətini üzərinə götürməyibdir.
Bu, ötən üç gün ərzində Kabildə baş verən ikinci partlayış sayılır.
Bazar günü axşam Əfqanıstanın birinci-vitse prezidenti general Əbdurrəşid Dustomun Əfqanıstan paytaxtına daxil olmasından sonra Kabil beynəlxalq hava limanının yaxınlığında baş vermiş terror partlayışında iyirmidən çox insan ölmüş, əlli nəfər də yaralanmışdı.
General Dustom on dörd ay Türkiyədə qeyri-rəsmi sürgündən sonra ötən bazar günü Kabilə geri döndü.