İyul 25, 2018 13:00 Asia/Baku
  • YUNİSEF Ərəbistanın Yəməndə içməli su şəbəkəsini vurmasını qınadı

BMT-nin uşaqları müdafiə fondu YUNİSEF çərşənbə axşamı Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin şimal-qərbində yerləşən Sədə şəhərinin içməli su şəbəkəsinə olan hücumunu qınayıb.

İRİB-nin verdiyi məlumata görə, YUNİSEF-in bəyanatında deyilir: Ərəbistanın başçılıq etdiyi koalisiyanın su şəbəkəsini hədəfə alması Sədə şəhərinin on minlərlə sakininin susuzluq təhlükəsi ilə ülzəşməsinə səbəb olub. 

YUNİSEF 2018-ci ilin aprelində də Yəməndə içməli su şəbəkələrinin məhv edilməsindən nigaranlıq etmişdi. 

Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci ildən Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə militarizmi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Teqlər