Suriyanın cənubunda törədilən partlayışda 38 nəfər həlak olub
Suriya mediaları bu gün səhər ölkənin cənubunda Suveyda şəhərinin mərkəzində bir terrorçu kamikadze tərəfindən törədilən partlayışda 38 nəfərin ölməsi və 37 nəfərin yaralanmasından xəbər veriblər.
İRNA-nın məlumatına görə, Suriyanın Əl-Əxbariyə telekanalı bildirib: 3 terrorçu kamikadzedən biri üzərindəki partlayıcı qurğunu meyvə bazarında işə salaraq, 75 nəfərin ölməsi və yaralanmasına səbəb olub. Digər iki terrorçu kamikadze isə təhlükəsizlik qüvvələrinin ayıqlığı nəticəsində zərərsizləşdirilib. Onlar üzərlərindəki partlayıcı qurğunu işə salmağa fürsət tapa bilməyiblər.
Suveydə şəhəri səhiyyə idarəsinin müdiri deyib: yaralılardan bir neçəsinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı gözlənilir.
Bu gün səhər Suveydə şəhərinin şərqində yerləşən Mətunə, Duma və Tima kəndlərinin İŞİD terrorçularının hücumuna məruz qalması nəticəsində də bir qrup mülki ölüb və yaralanıb.