Türkiyə prezidentinin sözçüsü Netanyahunun Ərdoğanla bağlı sözlərinə münasibət bildirib
Türkiyə prezidentinin sözçüsü irqçi sionist rejimin baş nazirinin insan haqları məsələsində Türkiyə prezidentinə irad bildirəcək mövqedə olmadığını deyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Kalın İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla bağlı szlərinə cavabda bildirib: Netanyahu bəlkə də ədalət və sülhün həqiqi mənalarından xəbərsizdir. Amma, dünya baş verən son hadisələrdən xəbərdardır.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İsrail Knessetində "yəhud dövləti" qanunun təsdiq edilməsinin ardınca deyib: Bu qanunun qəbul olunması İsrailin dünyada ən irqçi, ən faşist və sionist rejim olduğunu dünyaya sübut etdi.
Türkiyə prezidentinin bu sözlərinin ardınca İsrailin baş naziri Ərdoğanı Suriya kürdlərinə qarşı zorakılıqda ittiham edib.